Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azad olunmuş torpaqlarda artıq qayıdışın reallaşdığı və gələcəkdə reallaşacağı istiqamətdə işlər aparılır

1/1

  •       Azərbaycan xalqının mayası halaldan, qayəsi işıqdan güc almışdır. Bu halallıq xalqımıza Xətailər, Babəklər, Koroğlular bəxş etmişdir. Zaman –zaman dünya xalqları içərisində mərdliyi, mübarizliyi, düşmənə amansız nifrəti, dosta sonsuz məhəbbəti ilə seçilən xalqım...1813-1828-ci illərdən erməni adlı soysuza yer verən, dövlətçiliklə təmin edən bir xalq gələcəkdə suyunu içən, çörəyini yeyənlər tərəfindən terrora məruz qaldı. XX əsrin 80-ci, 90-cı illərində dünyada cəryan edən hadisələr, keçmiş sovetlərin süquta uğraması mənfur erməniləri yenə də torpaq xəstəliyinə yoluxdurdu. Xalqın təkidli tələbi ilə azərbaycan xalqının xilaskarı Heydər Əliyev Azərbaycanda qardaş qırğının qarşısını aldı. Ard-arda işğal olunan rayonlardan didərgin salınan soydaşlarımızı ruhdan düşməməyə, bir gün torpaqlarımıza qayıdacağımıza inandırdı. Xalqın bu inamı onun və gələcək varisi ilham Əliyevin ətrafında sıx birləşməyə gətirib çıxartdı. 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev “Mən hər bir azərbaycanlının prezidenti olacağam” demişdi. Həqiqətəndə belə oldu. Təkcə məcburi köçkünlər deyil, bütün Azərbaycan xalqının ürəyi işğal altında olan torpaqlarla döyünürdü. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev və qeyrətli Azərbaycan xalqı dəmir yumruğa çevrilərək düşmənə elə zərbə endirdi ki, bütün dünya ictimaiyyəti buna heyran qaldı. Azad olunmuş torpaqlarda artıq qayıdışın reallaşdığı və gələcəkdə reallaşacağı istiqamətdə işlər aparılır. Ağdamda tikinti, quruculuq işləri, Zəngilanda, Füzulidə, Laçında hava limanlarının istifadəyə verilməsi gələcək və strateji cəhətdən əhəmiyyət kəsb edən ərazilərin daha möhkəmlənməsi mühüm vəzifədir.    Bədnam ermənilərin Xankəndi –Ermənistan əlaqələri üçün nəzərdə tutulan Laçın dəhlizi dövlətimizin böyük əməyi sayəsində vaxtından iki dəfə əvvəl inşa edildi ki, bu işdə də laçının rayon mərkəzi və ətraf strateji cəhətdən əhəmiyyətli olan yaşayış məntəqələri öz nəzarətimizə qaytarıldı. Kəlbəcərdə, Qubadlıda, Şuşada aparılan minatəmizləmə, tikinti quruculuq işləri əhalimizin qayıdışını gündən-günə daha da yaxınlaşdırır. 44 günlük Vətən müharibəsindən sonra keçrilən və qələbəmizlə başa çatan uğurlu əməliyyatlar bir daha sübut etdi ki, xalqımız canı-qanı bahasına bir qarış torpağını belə güzəştə getmiyəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, cənnətdəki məqamları uca olsun. Xocalı öz dirçəlməsi, quruculuğu ilə Qırxqız dağının, Şuşa şəhərinin səviyyəsinə çatacaq. Bu gün çətin relyef və ağır iqlim şəraitində Laçın hava limanının inşası, keçilməz dağ massivlərindəki dolanbac yolların keçmiş məsafədən yarıbayarı qısa və rahat olması görülən işlərin təntənəsindən və gələcək Xankəndi, Kərkicahan, Xocalı, Ağdərə, Əsgəran qələbəmizdən xəbər verir.Pərviz Həsənli,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib45 dəfə
    Azad olunmuş torpaqlarda artıq qayıdışın reallaşdığı gələcəkdə reallaşacağı istiqamətdə işlər aparılır

    Maraqlı gələ bilər
    48
    50